Prezident montenoqrolu həmkarını təbrik edib
11 iyul 2015 16:12 (UTC +04:00)

Prezident montenoqrolu həmkarını təbrik edib

Prezident İlham Əliyev Monteneqronun prezidenti  Filip Vuyanoviçə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTAca istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar