Prezident İlham Əliyev mərakeşli naziri və britaniyalı səfiri qəbul edib
18 mart 2013 18:32 (UTC +04:00)

Prezident İlham Əliyev mərakeşli naziri və britaniyalı səfiri qəbul edib

Prezidenti İlham Əliyev martın 18-də Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. M. Lanser “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi ” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu deyib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu gün həmçinin Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar