Prezident Latviyanın iqtisadiyyat nazirini qəbul edib
25 noyabr 2015 15:15 (UTC +04:00)

Prezident Latviyanın iqtisadiyyat nazirini qəbul edib

0

Prezident İlham Əliyev noyabrın 25-də Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanı qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını deyib və bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirib. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlət başçısı iqtisadi sahədə Azərbaycan və Latviya arasında əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar