Prezidenti İlham Əliyev aprelin 26-da İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə görüşüb.
Nazir Xose Manuel Qarsiya Marqallo Azərbaycana əvvəlki səfərlərini xatırladıb.
Prezident İlham Əliyev Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılan BMT-nin Sivilizasiyalar Alyansının uğurlu fəaliyyətini qeyd edib və İspaniyanın Alyansa verdiyi dəstəyi yüksək qiymətləndirib. İspaniyanın xarici işlər nazirinin Bakıda keçirilən bu tədbirdə iştirakını bu dəstəyin nümunəsi kimi dəyərləndirib.
Görüşdə mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərdə qarşıda duran vəzifələri müzakirə etmək baxımından forumun əhəmiyyəti qeyd edilib. Bu mühüm tədbirin beynəlxalq aləmə güclü müsbət mesaj verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.
Prezident həmçinin Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir və İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə də görüşüb.