Prezident İlham Əliyev gürcüstanlı nazirləri qəbul edib
18 mart 2013 18:03 (UTC +04:00)

Prezident İlham Əliyev gürcüstanlı nazirləri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində yaxşı səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı ənənələrə malik olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın müdafiə sahəsində daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
Gürcüstanın müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu bildirən İ. Alasaniya səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından önəmli olduğunu vurğulayıb.

Martın 18-də Gürcüstanın xarici işlər naziri Maya Pancikidzeni də qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olundu, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulandı, “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan Beynəlxalq konfransın əhəmiyyəti yüksək qiymətləndirilib, Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Oxşar yazılar