Prezident İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibə verib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı suallara cavab verib.
Sonda xatirə şəkli çəkdirilib.