Prezident G 20 sammiti çərçivəsindəki müzakirələrdə çıxış edib
15 noyabr 2015 22:58 (UTC +04:00)

Prezident G 20 sammiti çərçivəsindəki müzakirələrdə çıxış edib

Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq bu beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayıb və dəvətə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.

 

Azərbaycan prezidenti son vaxtlar Türkiyə və Fransada baş vermiş terror aktları ilə bağlı hər iki xalqa başsağlığı verib. Prezident Azərbaycanın Türkiyə və Fransanın yanında olduğunu qeyd edib.

 

Prezident İlham Əliyev son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

 

 

# 256
avatar

Oxşar yazılar