Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb
13 aprel 2016 18:55 (UTC +04:00)

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparılıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Dövlət başçısı dəvətə görə minnətdarlığını bildirib, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar