Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrini təbrik edib
24 noyabr 2015 18:40 (UTC +04:00)

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrini təbrik edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçi Dövlətçilik günü münasibətilə təbrik edib.

Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar