Prezident  Aleksandr Lukaşenkonu təbrik edib
02 iyul 2015 19:09 (UTC +04:00)

Prezident Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Belarus Respublikasının prezidenti  Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Hörmətli Aleksandr Qriqoryeviç,

Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar