Polis Rəhim Qazıyevi saxlayıb
19 mart 2013 23:19 (UTC +04:00)

Polis Rəhim Qazıyevi saxlayıb

Bu gün axşam saatlarında polis sabiq müdafiə naziri Rəhim Qazıyevi saxlayıb. Bu barədə məlumatı Azadlıq Radiosuna onun qardaşı Rahab Qazıyev təsdiqləyib.

 

Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17:20 radələrində evindən "Azadlıq" radosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq".

 

DİN mətbut xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayib.

 

Rəhim Qaziyev "Azadlıq" radiosunun "İşdən sonra" proqramının qonagı olmalıydı. Ancaq o, verlişdə iştirak edə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2693
avatar

Oxşar yazılar