Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanlı deputatlarla görüşüb
27 mart 2013 11:27 (UTC +04:00)

Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanlı deputatlarla görüşüb

Ekvadorda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 128-ci Assambleyasında iştirak edən Azərbaycan nümayəndə heyəti bu qurumun baş katibi Andres Consonla görüşüb.

 

Millət vəkili Fuad Muradovun Lent.az-a verdiyi məlumata görə, görüş zamanı PAİ ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə mövzusu olub və Azərbaycanın PAİ ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb.

 

Nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ölkədə aparılan islahatları və onun uğurlu nəticələrini baş katiblə müzakirə ediblər. Anders Conson Azərbaycanla əməkdaşlığın artıq uzun illərdir davam etdiyini və əməkdaşlıqdan məmnun olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.    

 

Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə Azərbaycan Milli Məclisinin bir qrup deputatı Ekvadorda keçirilən Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edir.  Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Səməd Səmədov, Cavanşir Feyziyev, Fuad Muradov və Sahibə Qafarova daxildirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar