Oqtay Əsədov: “Görüntüləri yayanlara ar olsun!”
14 may 2013 12:38 (UTC +04:00)

Oqtay Əsədov: “Görüntüləri yayanlara ar olsun!”

Bu gün Milli Məclisin iclasında millət vəkili İqbal Ağazadə üç müxalifətçi gəncin müvəqqəti saxlama təcridxanasında çəkilən fotoşəkillərinin sosial şəbəkələrdə yayılması məsələsinə toxunub. Lent.az-ın məlumatına görə, İqbal Ağazadə bildirib ki, müvəqqəti təcridxananın içinə müxalifət nümayəndələri keçə bilmir. O, bunu hüquq-mühafizə orqanlarının etdiyini iddia edib.

 

Spiker Oqtay Əsədov deyib ki, əminliklə bunu hüquq-mühafizə orqanlarının etdiyini söyləmək düzgün deyil: “Bunu kim edibsə, ona ar olsun! Əldə fakt olmadan kimisə ittiham etmək düzgün deyil”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və müxalifətçi fəal İlkin Rüstəmzadənin müvəqqəti saxlama təcridxanasında olarkən çəkilmiş fotoşəkilləri yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2866
avatar

Oxşar yazılar