Bu gün Milli Məclisdə günün ikinci yarısında keçirilən iclasa millət vəkillərinin gecikməsi spiker Oqtay Əsədovun narazılığına səbəb olub. Lent.az-ın verdiyi məlumata görə, Oqtay Əsədov deyib ki, deputatların ya fasilənin qurtarmasından xəbərləri yoxdur, ya da naharları güclü olub. O, deputatları iclasda iştirak məsələsinə məsuliyyətlə yanaşmağa çağırıb.