“I Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, güclü dövlətlər geosiyasi və iqtisadi maraqlarını hər şeydən üstün tutur: “Sözdə bir şey deyilir, proseslərdə ayrı şey müşahidə olunur. Ona görə də belə hallar yaşanır”.