Yanvarın 13-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı Espen Bart Eidenin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.