Nizami Cəfərov: “Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır”
01 fevral 2013 13:07 (UTC +04:00)

Nizami Cəfərov: “Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır”

Milli Məclisin yaz sessiyasında cari məsələlərlə bağlı çıxışlar davam edir.


Lent.az-ın verdiyi məlumata görə, Əhməd Vəliyev deyib ki, Azərbaycan əleyhinə təbliğatı aparan insanların psixoloji durumlarını müəyyənləşdirmək lazımdır: “ Mən inanmıram ki, qanı azərbaycanlı olan belə təbliğat aparsın. Elm bu gün inkişaf edib, yüz il əvvəl ölən insanın kökü müəyyənləşdirilir. Ona görə də bununla bağlı qanun qəbul edilməsi vacibdir”.

Millət vəkili İlyas İsmayılov isə ailələrin tək övladının hərbi xidmətə göndərilməsinin qadağan olunması, yaxud onların alternativ hərbi xidmətə göndərilməsini təklif edib.

Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Əkrəm Əylisli bu xalqa qarşı nankorluq edib: “Mən düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Gedib İrəvanda hansısa kilsədə xidmətçilik etsin. Başqa yolu yoxdur”.

Millət vəkili, tarixçi Musa Qasımlı bildirib ki, Əkrəm Əylislinin əsəri Azərbaycan xalqına arxadan bıçaq zərbəsidir: “Əkrəm Əylisli bununla özünü Balayan və Kaptukinyanla bir sıraya qoydu. Bu, Azərbaycan xalqına təhqir, tarixi həqiqətlərin saxtalaşdırılması deməkdir”.

Vitse-spiker Bahar Muradova Əkrəm Əylislinin Azərbaycan xalqına xəyanət etdiyini söyləyib: “Əsərdə Azərbaycan vətəndaşlarına ayamalar qoyulur. Biri dəliyə, biri qabana bənzədilir. Mətbuatda bu obrazların prototiplərini axtarırlar. Çox zəif, hər şeydən qorxan aktyor obrazı kimi əsərində göstərdiyi, elə onun özüdür. O, bu illər ərzində Azərbaycanda aktyor rolunu oynayıb. Bu dırnaqarası həqiqətlər arasında yaşadığın xalqdan özünü üstün tutmaq üçün lazımdır. Mən həmişə düşünürdüm ki, niyə Əkrəm Əylisli Azərbaycanda həqiqi qələm sahibi olmadığını söyləyib. Söyləyir ki, Əylis kəndində evlərdə ruhlar, cinlər gəzir. Əkrəm Əylisli, səni əmin edirəm, Qarabağda, Ermənistanda qətlə yetirilmiş, şəhid olmuş insanların ruhları səni rahat qoymayacaq”.

 

Spiker Oqtay Əsədov isə deyib ki, bu gün səhər “Azadlıq radiosu”nda Əkrəm Əylislinin verdiyi müsahibəyə qulaq asıb: “Adam xəcalət çəkir. Qanı qanımızdan olan insan necə belə ola bilər? Əgər bu insan bunu 2007-ci ildə yazmışdısa, niyə indi çap olunur? Məqsədi nədir? Bundan da böyük ad qazanmaq istəyirdi? Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Niyə Ermənistanda 90 uşağı borunun içərisinə doldurub qaynaq edilməsindən yazmır? Əgər onu dəstəkləyən varsa, o da şübhəli adamdır. Əkrəm Əylisliyə xalq, deputatlar qiymətini verdi. Azay Quliyevin yazısı da xoşuma gəldi, hər dədəsinin gözünü çıxaran Koroğlu olmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526
avatar

Oxşar yazılar