Nazirlər Almaniyada qeyri-rəsmi görüşdülər
01 sentyabr 2016 15:16 (UTC +04:00)

Nazirlər Almaniyada qeyri-rəsmi görüşdülər

0

Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

Tədbir ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin sədrliyi ilə təşkil olunub.

 

Tədbirdə Dağlıq Qarabağ, o cümlədən regionda baş verən digər münaqişələr müzakirə olunacaq. Həmçinin silahlanmaya nəzarət, qaçqın və terror məsələlərinin müzakirəsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar