Müsəlman qadın parlamentariləri üçün tənzimləmə qaydalarını müəyyən ediləcək
25 yanvar 2013 15:09 (UTC +04:00)

Müsəlman qadın parlamentariləri üçün tənzimləmə qaydalarını müəyyən ediləcək

Gövhər Baxşəliyeva müsəlman qadın parlamentarilərinin konfransında iştirak edib

 

 

İslam Əməkdaşlığı  Təşkilatı Parlament Birliyinin (İƏT PB) 8-ci sessiyası çərçivəsində Sudanın Xartum şəhərində müsəlman qadın parlamentarilərinin ikinci konfransı keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə ölkəmizi İƏT PB-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Gövhər Baxşəliyeva təmsil edib.

 

Konfrans iştirakçıları qadınlar üçün elm və biliyin vacibliyini, cəmiyyətin təlimatlandırılması zəminində, ali İslam konsepsiyasından çıxış edərək irəli, gələcəyə doğru daha qətiyyətlə baxmağın, mədəniyyətlərin və insanların qarşılıqlı əməkdaşlığı və əlaqəsinin olduğu, geridə qalmış mədəniyyətlərin və ayrı-seçkiliklərin olmadığı gələcək bir dünyanın qurulmasına yönəlik aparıcı rolların başlıca müddəalarını müəyyən etməyin zəruriliyini, insanın şərəf və ləyaqətini acizlik, yoxsulluq və qorxu səbəblərini aradan qaldırmadan üzə çıxarmağın mümkün olmadığın nəzərə alaraq, fəal, məhsuldar ,müsəlman qadınına ehtiyac duyulduğunu və müsəlman qadınının cəmiyyətin inkişafında müsbət rol oynayacaq və cəmiyyətin dayaqlarını təşkil edəcək möhkəm ailə təməli quran mütərəqqi bir qüvvə kimi formalaşmasında qlobal mexanizmlərdən mənfəət götürməyə imkan verəcək ağıllı strategiya işləyib hazırlamağın vacibliyini təsdiq ediblər. Eyni zamanda müsəlman və bütün dünya qadınlarının sülh şəraitində yaşamalarının, sülh dəyərlərini gücləndirməyin, müharibə və münaqişələrə son qoyulmağın, sosial problemlərə diqqəti artırmaqla evlilik məsələlərini asanlaşdırmağın və ailə rifahını yüksəltməyin, qadınların istəyinin əksinə olaraq onlardan bir alət kimi istifadə edilməsinə və onlara qarşı zorakılığa, qadınların və uşaqların biznes məqsədləri ilə alverinə son qoyulmağın vacib olduğunu bildiriblər. Konfrans iştirakçıları Qüds, Qəzza və Fələstinin bütün işğal olunmuş torpaqlarında Fələstin qadınlarının müqavimət hərəkatını dəstəkləməyi İslam ölkələrində münaqişələrin həll olunmasını, sülhə nail olmaq və təhlükəsizliyin təmin olunması məqsədilə mexanizmlər işlənib hazırlanmasını, Malidəki qadınlara dəstək olmağı, Myanmarda və digər müsəlman azlıqlarında qadınların dəstəklənməsini də zəruri sayıblar.

 

Sonda İƏT PB üzvləri tərəfindən qərar qəbul edilib. Burada yer alan müddəalarda müsəlman qadınlarının hüquqlarını müəyyən edəcək layihə sənədinin təsdiqi və bu sənədin istinad sənədi kimi təsdiqi üçün lazımi ölçüləri götürmək, razılaşdırılmış qətnamə və tövsiyələrin icrası üçün səlahiyyətli orqanların fəaliyyətini artırmaq, komitələrin iş mexanizmlərini işləyib hazırlamaq, İƏT PB-in illik sessiyaları zamanı müsəlman qadın parlamentarilərinin keçirdikləri konfransların müntəzəm konvensiyalarını hazırlamaq və qurum  tərəfindən edilən tövsiyələri ora daxil etmək, bütün dünyada müsəlmanların vəziyyətini yaxşılaşdırmağı və əlverişli şəraitin yaradılmasını təmin edəcək vətəndaş islam təşkilatlarını yaratmaqla bu yöndə müvafiq beynəlxalq təşkilatları əvəz etmək, müsəlman qadın parlamentariləri üçün tənzimləmə qaydalarını müəyyən etmək, müsəlman qadın parlamentariləri üçün internet şəbəkəsi yaratmaq və bununla da onların qarşılıqlı əməkdaşlığını və informasiya mübadiləsini təmin etmək əksini tapıb. Eyni zamanda qadınların parlamentdə, qanunverici orqanlarda və birliklərdə  tamhüquqlu və tam səlahiyyətli üzv kimi iştirakını təmin etmək və onların müsəlman millətinin tərəqqisində yaxından iştirakı məqsədilə tədbirlər planı və siyasi xətt işləyib hazırlamaq məqsədəuyğun sayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar