Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirəcək
30 aprel 2015 17:59 (UTC +04:00)

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirəcək

 

 

Aprelin 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyənin Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini salamlayan müdafiə naziri ölkələrimiz arasında hərbi texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. 
Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza töhfə verməsi görüşdə xüsusi vurğulanıb.


İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki Azərbaycan, həmçinin, region üçün də əhəmiyyətli olduğunu bildirən müdafiə naziri xalqımızın işğal faktı ilə barışmayacağını bir daha bəyan edib: “Qardaş xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir".

 

Z.Həsənov hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki dövlət başçısına minnətdarlığını ifadə edib.

Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
 

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar