Misirdəki iğtişaşlarda azərbaycanlı zərər çəkib?
26 yanvar 2013 12:44 (UTC +04:00)

Misirdəki iğtişaşlarda azərbaycanlı zərər çəkib?

Elman Abdullayev: “Azərbaycanın Misirdəki səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir”

 

Misirdə baş verən iğtişaşlarda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

 

O qeyd edib ki, Misirdə bir neçə epizodik xarakterli toqquşmalar qeydə alınıb və kütləvi xarakter almayan bu hadisələr Azərbaycan səfirliyinin fəaliyyətinə təsir göstərməyib. Elman Abdullayev bildirib ki, səfirlik işini adi rejimdə davam etdirir, Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanır.

 

Qeyd edək ki, Misir ordusu Süveyşdə polislə aksiya iştirakçıları arasında qanlı toqquşmalardan sonra küçələrə texnika və hərbi birləşmələr çıxarıb.


Şəhərdə baş verən toqquşmalarda 7 aksiya iştirakçısı və bir polis əməkdaşı ölüb. Prezident Məhəmməd Mursi “Twitter”dən xalqa müraciət edərək zorakılığı dayandırmağa çağırıb. Ölkənin bütün böyük şəhərlərində etiraz aksiyaları keçirilir.  İştirakçılar prezident Mursini və “Müsəlman qardaşlar”ı verdikləri vədlərə əməl etməməkdə günahlandırırlar. Qahirədə nümayişçilər dövlət televiziyasını ələ keçirməyə cəhd göstəriblər, onlara qarşı gözyaşardıcı qaz tətbiq olunub. İsgəndəriyyədə iştirakçılar  valiliyin binasını ələ keçirmək istəyib, toqquşmalarda çoxlu sayda yaralananın olduğu bildirilir. Qahirə və Damanxurda “Müsəlman qardaşlar”ın ofislərinə basqınlar olub. “Əl-Cəzirə” telekanalı Misirdə baş verən toqquşmalarda xəsarət alanların sayının 476 nəfərə çatdığı barədə xəbər yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar