Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH mitinqin mayın 3-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verməyib: “Həmin gün başqa tədbirin keçiriləcəyi göstərilib. Əvəzində mayın 2-də mitinq keçirmək təklif olunub”.
Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur.