Milli Şurasının növbəti sessiyası avqustun 12-i saat 17.00-da KXCP-nin qərargahında işə başlayacaq. Sessiyanın gündəliyinə seçki kampaniyasının təşkili, Milli Şuranın vahid namizədinin Seçki Qərargahının, Milli Şuranın komissiya və komitələrinin görülən işlərlə bağlı hesabatı, təşkilatı və cari məsələlər daxildir. Sessiyanın yekunu barədə mətbuat nümayəndələri üçün saat 19.00-da brifinq keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl sessiyanın vaxtı 10 avqustda idi. Avqustun 5-də bir araya gələn liderlər (İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli) bu tarixi 7 avqusta keçirdilər. İndi isə qəfildən sessiyanın günü 12 avqust kimi elan olunub. MŞ təsisçilərindən biri musavat.com-a deyib ki, bunun səbəbi ancaq Rüstəm İbrahimbəyovla məsləhətləşmələr ola bilər: “Həmin müddətdə Rüstəm müəllimin MŞ rəhbərliyindən Tiflisdə istədiyi müddət bitir və o, söz verdiyi kimi, pasport işlərini həll edib, Bakıya gəlməlidir”.
*******
13:23
Milli Şuranın sessiyasının keçiriləcəyi tarix dəyişdirilib. Bunu APA-ya Milli Şuranın üzvü, “El” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev deyib.
Z.Quliyev bildirib ki, sessiya avqustun 7-də keçiriləcək. Yığıncağın gündəliyinə təşkilati məsələlərin müzakirəsi salınıb: “Sessiyanın növbədənkənar olması haqda yayılan informasiyalar həqiqətə uyğun deyil, hətta deyərdim ki, Milli Şuranın sessiyasının keçirilməsi bir qədər gecikib”.
O, sessiyanın gündəliyinə salınmasa da, seçki mühiti və buna hazırlıqla bağlı vəziyyətin müzakirə olunacağını istisna etməyib: “Sessiyada Seçki Qərargahının sədri Eldar Namazovun hesabatı da dinləniləcək. Sessiyanın keçiriləcəyi yer və vaxtı ilə bağlı isə konkret qərar verilməyib. Yəqin ki, sessiya Klassik Xalq Cəbhəsi Partiyasının, yaxud Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək”.
Sessiyanın qapalı keçiriləcəyini də deyən Z.Quliyev sonda brifinqin olacağını da qeyd edib.