Milli Şura mitinq qərarını ləğv etdi
30 aprel 2015 16:26 (UTC +04:00)

Milli Şura mitinq qərarını ləğv etdi

 

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 2-də mitinq keçirmək barədə təklifini qəbul etməyib.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, Milli Şura rəhbərliyi müzakirələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifini məqbul saymayıb.

 

Qeyd edək ki, BŞİH Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə razılıq verməyib. Əvəzində mitinqin mayın 2-də keçirilməsi təklif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar