Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlandı
31 yanvar 2013 16:21 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlandı

Milli Məclisinin yaz sessiyasının sabah keçiriləcək ilk iclasının gündəliyi açıqlanıb.

Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Milli Məclisi İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxılacaq, 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı  təsdiqlənəcək.

Gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə, Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanununda dəyişiklik edilməsi barədə, “Seleksiya nailiyyətləri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri salınıb.

Gündəliyə salınan məsələlər haqqında “Ekoloji təhlükəsizlik haqqında” qanunda dəyişiklik edilməsi barədə , “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə  və “Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar