Millət vəkili münaqişələrin vurduğu zərərlər barədə danışdı
25 mart 2013 13:58 (UTC +04:00)

Millət vəkili münaqişələrin vurduğu zərərlər barədə danışdı

Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Türkiyədə I Beynəlxalq təhlükəsizlik və strateji araşdırmalar konqresində iştirak edib. Lent.az-ın məlumatına görə, Konqres Milli Təhlükəsizlik və Strateji Mərkəz tərəfindən  Aydın Universitetində keçirilib. Aydın Universitetinin Mütəvəlli heyəti başqanı Mustafa Aydın qonaqları salamladıqdan sonra bu cür tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Moldovanın Qaqauz muxtar regionunun prezidenti Mihail Formuzal beyin mərkəzlərinin iştirakı ilə keçirilən konqresin vacibliyini qeyd edib.

Millət vəkili Qənirə Paşayeva "Avrasiyada təhlükəsizlik məsələləri" adlı geniş məruzə ilə çıxış edib və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Avrasiya regionunda həllini tapmayan münaqişələrin bölgənin təhlükəsizliyinə və inkişafına vurduğu zərərlər barədə fikirlərini bölüşüb. Millət vəkili çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükəsizliyin, stabilliyin yaranmasına və regionun inkişafına mane olan ən böyük problemdir: “Ermənistan bu gün modern dünyanın gözü qarşısında Azərbaycanın 20% torpağını işğal altında saxlamaqda davam edir, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan vermir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar