Millət vəkili Qənirə Paşayeva Aydın Universitetinin rektoru professor Yadigar İzmirli və Mütəvəlli heyəti başqanı Mustafa Aydın ilə görüşüb. Lent.az-ın məlumatına görə, Aydın Universitetinin Mütəvəlli heyəti başqanı Mustafa Aydın və Universitetin rektoru prof. qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluqlarını ifadə ediblər. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Y. İzmirli Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Aydın Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib.
Görüş zamanı Q.Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Aydın Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.
Millət vəkili Aydın Universitetinin rektoru Y. İzmirliyə və Mütəvəlli heyəti başqanı Mustafa Aydına Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər təqdim edib.