Mərkəzi Bank haqqında qanununda dəyişdirildi
25 noyabr 2015 11:29 (UTC +04:00)

Mərkəzi Bank haqqında qanununda dəyişdirildi

0

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun qəbul edilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qanuna əsasən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1.aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilsin:

“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”.

2. 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar