Meriya Müsavatın və Milli Şuranın mitinqinə razılıq verdi
15 sentyabr 2016 13:14 (UTC +04:00)

Meriya Müsavatın və Milli Şuranın mitinqinə razılıq verdi

0

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

 

Milli Şuranın üzvü Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

 

Eyni zamanda bildirək ki, Bakı şəhər İcra Hakimiyyətindən Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə də "hə" cavabı gəlib.

 

Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

 

Mitinq saat 17:00-dan 19-00-dək keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar