Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.
“Aprelin 8-də isə D.Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib.”, məlumatda deyilir.
D.Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, aprelin 8-də isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.
Qeyd edək ki, aprelin 6-da Artur Rasizadə və Dmitri Medvedev arasında telefon danışığı olub.