Azərbaycanda səfərdə olan Makedoniya prezidenti George İvanov Xalça Muzeyində qonaq olub.
Muzeydən Lent.az-a verilən məlumata görə, prezident Azərbaycan xalçalarının qədim nümunələri və digər eksponatlarla tanış olub.
Xalça muzeyini ziyarətindən məmnun qalan prezident George İvanova muzeydə olmasını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid Çələbi xalçası əks olunan sertifikat təqdim olunub.
Qeyd edək ki, George İvanov III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. Bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edib, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıblar.