Londonda Xocalıya həsr olunmuş anım konserti keçiriləcək
24 yanvar 2013 18:27 (UTC +04:00)

Londonda Xocalıya həsr olunmuş anım konserti keçiriləcək

0

Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım konserti keçiriləcək. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, konsert proqramına Fikrət Əmirovun, V.A.Motsartın, C.B.Perqolesinin, Edvard Elqarın repertuarından musiqilər daxildir. 
 

Pyer Silloyun Britaniya premyeralı “Xocalı 613” və Fikrət Əmirovun “Nizami” simfoniyası proqramda xüsusi yer tutacaq.


Bundan əlavə, anım konsertində Laurent Petitqirardın rəhbərliyi ilə Londonun Orion Simfonik Orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənəcək.
 

Anım konsertindən sonra qəbul təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar