Litvanın Xristian Demokratları “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılmasını pislədilər
Litva Seymində ikinci ən böyük partiya olan Vətən İttifaqı - Xristian Demokratlar Partiyası martın 19-da fraksiyanın iclasını keçirib.
Azərbaycanın Litvadaki səfirliyindən APA-ya verilən məlumata görə, fraksiyasının mətbuat üçün relizində bildirilir ki, iclas zamanı Litva parlamentində qondarma “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması yekdilliklə pislənib, qrupun üzvü olan iki xristian-demokrat deputatın imzalarını geri almaları tələb olunub.
Artıq bu gün bir nəfər sözügedən dostluq qrupundan ayrıldığını elan edib.
539