Litva Seyminin sədri : “Bu, Seymin rəsmi mövqeyi deyil”
20 mart 2013 15:46 (UTC +04:00)

Litva Seyminin sədri : “Bu, Seymin rəsmi mövqeyi deyil”

 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin martın 20-də Litva Seyminin sədri Vidas Gedvilasla görüşü olub. SəfirlikdənAPA-ya verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Litva parlamentləri arasında münasibətlər, iki ölkə əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

 

Bu əlaqələrin gücləndirilməsinə kölgə salan Seymdə qondarma “Dağlıq Qarabağ”la dostluq qrupunun yaradılması ətrafında mövqelər bir daha bəyan edilib.

 

H. Məmmədzadə sözügedən qrupun Litva ali qanunverici orqanında yaradılmasının Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.

 

V. Gedvilas Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Litva dövlətinin mövqeyinin dəyişməz olaraq qaldığını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edərək, bəzi deputatların fərdi təşəbbüslərinin Seymin rəsmi mövqeyi olmadığını bildirib. O, Litva hökumətinin qəbul olunan fəaliyyət planında xarici siyasət kursunun dəyişməz olaraq qaldığını bir daha təkrar edib.

 

Görüşdə iştirak edən Seymin Xarici işlər komitəsinin sədri Benediktas Yuodka bu təşəbbüsün ölkənin xarici siyasət kursuna uyğun gəlmədiyini qeyd edib, məsələ ilə bağlı dərhal Seym rəhbərliyinin xüsusi iclası keçirdiyini və bu cür addımların yolverilməz olduğunun yekdilliklə qəbul etdiklərini bildirib: “Artıq “dostluq qrupuna” üzv olanların sayında azalmalar baş verir. Lakin Seymin nizamnaməsinə uyğun olaraq, istənilən millət vəkili fərdi olaraq istənilən məsələ ilə bağlı çıxış edə bilər. Bu zaman hər hansı qadağanedici hüquqi mexanizm yoxdur”.

 

Gələcəkdə bu cür düşünülməmiş hərəkətlərə yol verilməməsi üçün Seymin nizamnaməsində dəyişiklik edilməsi təklifi ilə çıxış edildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar