Korina Kretu: “Ərazi bütövlüyü bərpa edilməlidir”
21 avqust 2013 16:20 (UTC +04:00)

Korina Kretu: “Ərazi bütövlüyü bərpa edilməlidir”

“Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının qərarları beynəlxalq hüquq tərəfindən tənzimlənir.


 

Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının təmin edilməsinə dair 20 illik bir tələbin bu günədək hansı səbəbdən icra olunmaması başa düşülən deyil. Bundan başqa, ATƏT-in təşəbbüsü ilə başlanılan danışıqlar dəfələrlə dayandırılıb”.

 

APA-nın məlumatına görə, bu fikirləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında Avropa Parlamentinin üzvü Korina Kretu deyib.

 

Millət bildirib ki, erməni xalqı öz gələcəyini beynəlxalq hüquq çərçivəsində qanuni şəkildə qurmalıdır: “Bu, hər şeydən əvvəl, öz torpaqlarını tərk etməyə məhkum olmuş və bu günə qədər geri qayıtmağını gözləyən məcburi köçkünlərə də aiddir. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir. Azərbaycan haqlı olaraq bu hüququnu tələb edir.

 

Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle bu ilin mayında Bakıda bəyan edib ki, AB “Şərq Tərəfdaşığı” təşəbbüsündən əlavə, Azərbaycanla əlaqələrini daha da gücləndirməkdə maraqlıdır. Azərbaycan-Avropa əməkdaşlığının gələcək perspektivləri çox ümidvericidir və hər iki tərəf bu fürsətdən cəsarətlə istifadə etməlidir. Bunun baş verməsi üçün Cənubu Qafqazda daim sabitlik və təhlükəsizlik hökm sürməlidir. Odur ki, Dağlıq Qarabağ məsələsi birdəfəlik öz həllini tapmalıdır.

 

Avropanın Cənubi Qafqazdakı maraqları sülh və təhlükəsizlik siyasətindən ibarətdir. Bu məsələdə Avropa Birliyi strukturlarının baxışları eynidir. Odur ki, üzvlük sazişlərinə dair danışıqlar aparılır. Ştefan Füle Bakıda deyib ki, “Şərq Tərəfdaşlığı” Azərbaycan və Avropa xalqları arasındakı əlaqələri gücləndirməlidir. Bunun üçün sabit siyasi mühit zəruri şərtdir. Lakin Dağlıq Qarabağ münaqişəsi bunun tam əksini göstərir. Bu münaqişə yüksək gərginlik potensialı yaradır. Bu baxımdan AB sülh danışıqlarındakı rolunu hər zaman olduğundan daha çox dərk etməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

Oxşar yazılar