Konqresin komitə sədri Ukrayna böhranı ilə Qarabağ münaqişəsini müqayisə edib
29 iyun 2014 17:37 (UTC +04:00)

Konqresin komitə sədri Ukrayna böhranı ilə Qarabağ münaqişəsini müqayisə edib

Kristofer Smit: “Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə olunmayıb, bu faktdır”

 

Bakıda səfərdə olan ABŞ Konqresinin Beynəlxalq təşkilatlar, İnsan haqları və Qlobal sağlamlıq Komitəsinin sədri Kristofer Smit ölkəsinin Ukrayna böhranı ilə müqayisədə Dağlıq Qarabağ məsələsinə laqeyd yanaşmasına münasibət bildirib.

APA-nın məlumatına görə, K. Smit jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna məsələsinə ABŞ daha intensiv cəlb olunub.

O, bunu belə əsaslandırıb ki, media, xüsusən də CNN hər gün daha çox Ukrayna, əsasən də Krımla bağlı məlumatlar yayıb və amerikalı siyasətçilərin diqqətini bu məsələyə cəlb etmək mümkün olub.

K. Smit deyib ki, ABŞ Dağlıq Qarabağ məsələsində yalnız Minsk qrupunu dəstəkləmək barədə öhdəlik götürüb: “Baxmayaraq ki, bu qrupun fəaliyyəti uğursuz oldu”.

Senator ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını da çatdırıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda bir çox siyasətçinin, o cümlədən mənim dərin narahatlığıma səbəb olan məsələdir. Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə olunmayıb, bu faktdır. Ona görə də münaqişə tərəfləri bir araya gələrək müzakirələri davam etdirməlidir. Bu vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar