KİV işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyacaq
06 dekabr 2015 01:56 (UTC +04:00)

KİV işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyacaq

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib. APA-nın məlumatına görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında Qanun”a əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

 

Qanuna əsasən, aşağıdakı məlumatların yayılmasına yol verilmir:

 

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;

 

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;

 

- Dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;

 

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.

 

Kütləvi informasiya vasitələrinin işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar