ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, - deyə Kerri qeyd edib.
“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq - münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, - deyə Kerri əlavə edib.