Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib
30 aprel 2015 18:07 (UTC +04:00)

Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazir qonaqları səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulayıb.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar