APA-nın Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, rusiyalı həmsədr İqor Popov, fransalı həmsədr Pyer Andryu vəATƏT-n fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Söhbət zamanı həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səyləri müzakirə edilib.
Xatırladaq ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin ABŞ-a səfəri çərçivəsində baş tutub.