Bu gün İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulaten və Krallığın Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançesin də daxil olduğu nümayəndə heyəti Azərbaycana iki günlük rəsmi səfərə gəlib.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, protokola uyğun olaraq, sabah – mayın 22-də onların rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.