İsa Qəmbər namizədliyini geri götürdü
26 avqust 2013 16:56 (UTC +04:00)

İsa Qəmbər namizədliyini geri götürdü

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, iclasda verilən qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. 

Müsavat Gənclər Təşkilatının dünən keçirilən ümumi yığıncağı barədə məlumat dinlənilib. Divan Müsavat Gənclər Təşkilatının ölkənin aparıcı gənclər təşkilatından biri kimi fəaliyyətində xidmətlərinə və mübarizədə şəxsi fədakarlığına görə təşkilatın keçmiş sədri Tural Abbaslıya, onun silahdaşlarına, ümumiyyətlə, yaş həddinə görə Gənclər Təşkilatının üzvlüyünü tərk etmiş bütün müsavatçılara təşəkkür edib.  

Sonra ictimai-siyasi vəziyyət müzakirə olunub. Toplantıda Milli Şuranın son toplantısında Müsavat Partiyasının da təşəbbüsü və iştirakı ilə professor Cəmil Həsənlinin yeni vahid namizəd kimi irəli sürülməsi ilə bağlı  yaranmış siyasi situasiya müzakirə edilib. Divan partiyanın son Məclisinin ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Milli Şuranın prezident seçkilərində vahid namizədlə iştirak etməsinin məqsədəuyğunluğunu və İsa Qəmbərin təklifini nəzərə alaraq növbəti Prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini müdafiə etmək, bütün partiya strukturlarının, o cümlədən partiyanın Mərkəzi Seçki Qərargahının fəaliyyətini bu istiqamətə yönəltmək barədə qərar qəbul edib. Divan həmçinin bugünə qədər İsa Qəmbərin namizədliyini müdafiə edən partiyalara, içtimai təşkilatlara və ictimai-siyasi xadimlərə təşəkkür etməklə yanaşı,  onları Milli Şuranın vahid namizədi Cəmil Həsənlini müdafiə etməyə çağırıb.

Toplantıda daha sonra dünən Xəzər–Lənkəran–Neftçi görüşündən sonra baş vermiş hadisələrdən narahatlığını ifadə edib. Qeyd edilib ki, idman sağlam rəqabət şəraitində gözəldir və bütün komandaların rəhbərlikləri, azarkeşləri bu amili heç vaxt unutmamalıdır.  

Sonda cari məsələlərə baxılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar