İran səfiri Azərbaycanın təcrübəsi ilə maraqlandı
31 yanvar 2013 19:41 (UTC +04:00)

İran səfiri Azərbaycanın təcrübəsi ilə maraqlandı

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə nazir Azərbaycan və İran arasında dərin tarixi kökləri olan dostluq və səmərəli əməkdaşlıqdan danışıb.

 

Dövlətlərimiz arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini məmnunluqla xatırladan səfir ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

 

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar