Prezident İlyas Umaxanova "Dostluq" ordeni verdi
27 mart 2017 13:47 (UTC +04:00)

Prezident İlyas Umaxanova "Dostluq" ordeni verdi

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov “Dostluq” ordeni ilə təltif edilib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, İ.Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar