Prezident İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".