Prezident İlham Əliyev aprelin 30-da Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmi bildirilib, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edilib. Bu baxımdan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışılıb və əməkdaşlığımızın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.