İlham Əliyev albaniyalı həmkarı ilə görüşüb
10 mart 2016 18:44 (UTC +04:00)

İlham Əliyev albaniyalı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev martın 10-da Albaniya prezidenti Buyar Nişani ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dördüncü Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlət başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyevə IV Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Albaniya Prezidenti Buyar Nişani tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Ölkələr arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Buyar Nişani əməkdaşlığımızın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Əlaqələrimizin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirən Buyar Nişani Albaniyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən Buyar Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd edib. Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan ali qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb. Buyar Nişani Prezident İlham Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ali qonaq bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar