Hikmət Hacıyev: “Ermənistan təxribatçı əməllərini davam etdirir”
13 aprel 2016 21:48 (UTC +04:00)

Hikmət Hacıyev: “Ermənistan təxribatçı əməllərini davam etdirir”

«Azərbaycan həmişə münaqişənin həlli prosesində hərtərəfli razılaşma ilə nətilənəcək substantiv danışıqların tərəfdarı olub”.

 

Bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlaması ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

“Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”, deyə H.Hacıyev bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar