Heydər Əliyevin Mexikonun Dostluq parkında yerləşən heykəli bu gecə şəhərin başqa ərazisinə köçürülüb. APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, heykəlin köçürülməsi ilə bağlı xərclər Mexiko şəhər büdcəsindən ödənilib. Heykəlin köçürülməsi zamanı təhlükəsizliyi təmin etməyə 200-ə yaxın polis işçisi cəlb olunub. Həmin vaxt ərazidə avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov dünən verdiyi açıqlamada şəhər rəhbərliyinin Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün müvafiq yer ayırdığını və heykəlin o mərkəzin qarşısında ucaldılacağını deyib.