Həmsədrlərə Xocalı aeroportuna ilk uçuşa qatılmaq təklif edilməyib
22 yanvar 2013 17:41 (UTC +04:00)

Həmsədrlərə Xocalı aeroportuna ilk uçuşa qatılmaq təklif edilməyib

0

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan Xocalı aeroportuna ilk uçuşda iştirak etməyə dair təklif almayıblar.


 

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak For açıqlama verib. “Əksinə, Bakı və İrəvana son səfərimiz zamanı bəyan etdik ki, bu kimi addımlar regionda gərginliyi artıra bilər”, - deyə Jak For əlavə edib.

 

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi David Balayan bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistandan Xocalı aeroportuna ilk uçuşda sərnişin qismində iştirak etmək təklif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1331

Oxşar yazılar